Rusiya və Ukrayna gec-tez razılaşacaq.
Busaat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.
Putin Ukraynadakı münaqişənin həllinə danışıqlar yolu ilə nail olmaq istədiyini söyləyib: “Ukrayna müharibəyə başlayıb. Rusiyanın məqsədi onu dayandırmaqdır”
Onun sözlərinə görə, NATO Rusiyanın yeni ərazilər üzərində nəzarətini layiqincə tanıya bilər: “Əgər istək varsa, variantlar mövcuddur”.
Putin 2014-cü ildə Rusiyanın Krımı müdafiə etmək məcburiyyətində qaldığını, çünki yarımadanın təhdid altında olduğu söyləyib.(APA)