Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Siyasət

Rusiya XİN bəyanat yaydı

Rusiya XİN bəyanat yaydı
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması haqda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Busaat.az  xəbər verir ki, bu barədə Rusiya XİN-in üçətərəfli razılaşmanın ildönümü ilə əlaqədar bəyanatında deyilir. “Bu gün deyə bilərik ki, 9 noyabr 2020-ci il tarixli bəyanatda qeyd olunan razılaşmalar ümumilikdə icra olunur. Eyni zamanda, Bakı və İrəvanın onun bütün müddəalarının gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət edilməsinə sadiq qalması vacibdir”, - sənəddə qeyd olunub. XİN bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına kömək edəcək: “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına hərtərəfli kömək edəcək, Cənubi Qafqazın sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsinə dair geniş spektrli məsələlər üzrə bütün səviyyələrdə təmasların genişləndirilməsinə yönəlmiş sülh təşəbbüslərini dəstəkləyəcəyik. Həmçinin Azərbaycan və erməni xalqları arasında etimad mühitinin yaradılması məqsədilə Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan Respublikası və Ermənistan Respublikası ictimaiyyətinin nümayəndələri arasında dialoqun aparılmasına kömək etməyə hazırıq. Biz Cənubi Qafqaz ölkələri ilə onların qonşuları arasında mehriban qonşuluq münasibətlərinin qurulmasının, qarşılıqlı faydalı regional əməkdaşlığın inkişafının tərəfdarıyıq”. Rusiya XİN, həmçinin Rusiya sülhməramlılarının iştirakı ilə 2 dekabr 2020-ci il tarixindən ümumilikdə 122 nəfər hərbi əsir və saxlanılan şəxsin geri qaytarıldığını vurğulayıb. Onlardan 105-i Ermənistana, 17-si isə Azərbaycana qaytarılıb. Bundan əlavə, üç paket minalanmış ərazi xəritəsi Azərbaycan tərəfinə təhvil verilib. 2020-ci ilin noyabrından 2 311 ha ərazi və 683 km yol minalardan təmizlənib, 26 mindən çox partlayıcı əşya aşkarlanıb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=28133