Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft91.95 $▲0.57%
  • WTI neft86.37 $▲0.82%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.309 $▲2.99%
  • Qızıl4 039 $▼2.09%
  • Gümüş51.49 $▼3.30%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda591.50 ¢▲0.47%
  • Bitcoin73 853 $▼1.87%
  • Ethereum2 058 $▼3.49%
  • S&P 5007 521▼0.37%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Dünya

Rusiya XİN-dən Əsəd AÇIQLAMASI: "Ciddi təhlükə yoxdur"

image-17jpg-1733689499
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya XİN bəyanat yayıb:

“Danışıqlar nəticəsində Əsəd hakimiyyəti dinc yolla təhvil verməyi qəbul edib, vəzifəsindən istefa verib və ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib.”

Busaat.az xəbər verir ki, Rusiyanın Suriyadakı bütün müxalif qüvvələrlə əlaqə saxladığına diqqət çəkilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Bütün tərəfləri zorakılıqdan çəkinməyə və bütün problemləri siyasi yolla həll etməyə çağırırıq. Bu çərçivədə Rusiya Suriyadakı bütün müxalif qüvvələrlə əlaqələr saxlayır. Suriyadakı bütün etnik və dini qrupların baxışlarına hörmət edilməsini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində inklüziv siyasi prosesin həyata keçirilməsi üçün səyləri dəstəkləyirik.”

Suriyadakı Rusiya hərbi bazalarının “yüksək hazırlıq vəziyyətində” olduğu qeyd olunan açıqlamada, bu bazaların təhlükəsizliyinə ciddi təhdid olmadığı bildirilib.

Bununla yanaşı, Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü vurğulanıb./Milli.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155133