Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 860 $▼0.54%
  • Ethereum2 377 $▼0.37%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Rusiya XİN: "Lavrov sentyabrın 20-də Nyu-Yorkda BRİKS-ə üzv ölkələrin Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək"

image-sergey-lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 20-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində BRICS ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Busaat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, sentyabrın 19-26-da Lavrov Baş Assambleyanın sessiyası çərçivəsində 20-yə yaxın ikitərəfli görüşlər, həmçinin beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparmağı planlaşdırır.

“Sentyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində BRİKS Xarici İşlər Nazirlərinin Görüşündə iştirak edəcək. İclas iştirakçıları cari beynəlxalq problemlər, o cümlədən BMT Baş Assambleyasının 78-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar”, – məlumatda deyilir.

Nazirlik tərəflərin BRİKS çərçivəsində qarşılıqlı fəaliyyəti, eləcə də Cənubi Afrikada keçirilən sammitdə qəbul edilmiş qərarların icrasını müzakirə edəcəklərini vurğulayıb.

“Lavrov həmkarlarını Rusiyanın 2024-cü ildə assosiasiyaya qarşıdan gələn sədrliyi ilə bağlı planlar barədə məlumatlandıracaq”, – rusiyalı diplomatlar əlavə ediblər.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul