Rusiyanın Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin bu gün ABŞ-da nəticələri açıqlanacaq seçkilərlə bağlı şok iddia ortaya atıb.
Busaat.az xəbər verir ki, Narışkin seçkilərin nəticələrindən sonra məğlub olan tərəfin bununla barışmayacağını və ABŞ-da insanların küçələrə axışacağını deyib:
“Radikalların küçəyə çıxacağını düşünürük. Ölkədə sosial böhran getdikcə dərinləşəcək”.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində Co Bayden və Donald Tramp yarışır.
Mənbə: Haber7