Rusiya Dövlət Dumasının MDB Komitəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin başçısı Arayik Arutyunyanın təklifinə cavab verib.
Busaat.az Teleqraf.com-a istinadən xəbər verir ki, komitədən verilən açıqlamada Arutyunyanın anti-terror mərkəzi yaratmaq təklifi rədd edilib.
“DQR”in Rusiya Federasiyası və İranla anti-terror mövzusunda bir mərkəz yaratmaq fikrinin mənası yoxdur. Bu, Moskvada başlayan dialoqu bitirə bilər”, – açıqlamada bildirilib.