Rusiyadan Azərbaycana əlavə pirotexnik qrupu gətirildi – FOTO

Rusiyadan Azərbaycana əlavə pirotexnik qrupu gətirildi – FOTObackend

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

Bu barədə Busaat.az-a Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Aparılan minatəmizləmə əməliyyatının səmərəliliyinin daha da artırılması məqsədilə hər iki nazirlik arasında mövcud sıx əməkdaşlıq münasibətləri çərçivəsində yanvarın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizə əlavə pirotexnik qrupu, texnika və avandanlıqlar gətirilib.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncə Hava Limanında qarşılanan təyyarə ilə ölkəmizə gəlmiş qrup, texnika və avadanlıqlar minatəmizləmə əməliyyatına cəlb olunması üçün Nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılıb.

busaat 57036ea67be2cab353472a0fb39e01fa 8w3kgsj2y9acelt4hq7o busaat 744d8161bf3edf2469ba1ab166148370 a4u2mbfg0738t1nchejw busaat 997b5605eb49362701a63af31a1f46cd 9m8xp26bl0n7q3soaeiz busaat 673037a30118fb3e67badf5397bfffc7 xbzq6twkoi1f20rjgam9 busaat 148ed602bb5dcf095dd3f25f96f6eb02 hlwm734gxfyoqk190u5t


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki