Rusiyanın avtomobil idxalında Çinin payı 90 faizi ötüb

image-rusiya-cinbackend

Bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çin 92 faiz paya sahib olub.

Busaat.az-ın məlumatına görə, bu Rusiya Federal Gömrük Xidmətinin (FTS) sədr müavini Ruslan Davıdov bildirib.

Davıdov Rusiyanın RİA Novosti agentliyinə verdiyi açıqlamada Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin güclü artdığını söyləyib.

Rusiyanın Avropa Birliyi (AB) ilə ticarətinin azalmağa davam etdiyinə diqqət çəkən Davıdov, “Bu, əlbəttə ki, proqnozlaşdırıla bilən bir vəziyyətdir, çünki AB bazarı (Rusiya) öz üzünə bağladı”, – deyib.

Davıdov Rusiyanın xarici ticarətindəki dəyişikliklə bağlı avtomobil bazarından misal çəkərək, “Çin, bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında yüzdə 92 paya sahib idi. Avropa bu mənada bağlandı və satışı dayandırdı”, – vurğulayıb.

Rusiya mərkəzli Autostat məlumatlarına görə, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə yüzdə 160 artaraq 109 min 700-ə çatıb.

Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət “Avtovaz” şirkəti olduğu halda, ikinci yeri Çinin “Chery” şirkəti tutub.

Bir çox Qərb avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını açıqladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki