Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.48 $▼8.73%
  • WTI neft87.92 $▼8.23%
  • Avropa qazı (TTF)84.99 €▼7.69%
  • Təbii qaz (ABŞ)2.974 $▲3.59%
  • Qızıl4 078 $▲2.80%
  • Gümüş52.44 $▲4.96%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda605.00 ¢▲1.98%
  • Bitcoin80 576 $▲4.19%
  • Ethereum2 429 $▲6.92%
  • S&P 5007 712▲1.90%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Analitika

“Rusiyanın hələ duruş gətirəcəyini, Zelenski hakimiyyətinin isə…” - ŞƏRH

image-107169625-16716366812022-12-21t152544z_1876935286_rc2day9buz53_rtrmadp_0_ukraine-crisis-usa-zelenskiy
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Pentaqonun bütün proqnozlarına baxmayaraq, Qərb və Ukrayna birliyi heç bir dönüşə nail ola bilmir”.

Bunu ABŞ prezidenti Baydenin, “Putin artıq uduzub”, – sözlərini şərh edən politoloq Elşən Manafov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, ABŞ prezidentinin açıqlaması ilə bağlı aydınlıq gətirmək üçün faktlara və rəqəmlərə müraciət etsək daha obyektiv yanaşma sərgiləyə biləcəyimizi söyləmək olar:

image-1

“Krım, Donetsk və Luqansk ərazilərinin miqyası təxminən 73 min kv.km-ə bərabərdir. Demoqrafik göstəriciləri isə 5 milyondan yuxarıdır. Ukrayna hakimiyyəti ilhaq edilmiş bu ərazilərdən 1 sm belə geri qaytara bilməyib. Müharibədə Rusiyaya qarşı Qərb Şimal Alyansının bütün hərbi gücü ilə (Türkiyə və Macarıstan istisna olmaqla) Ukraynanın tərəfində vuruşur.
Pentaqonun bütün proqnozlarına baxmayaraq, Qərb və Ukrayna birliyi heç bir dönüşə nail ola bilmir. ABŞ, Almaniya, Fransa və digər ölkələr Ukraynaya ağır artilleriyanın, tankların göndərilməsinə başlayıb. Qərbin yüksələn xətlə artmaqda olan xərcləri Avropa ictimaiyyətini artıq ayağa qaldırıb. Avropalı vergi ödəyiciləri artmaqda olan qiymətlərə, bahalığa, ucuz rus qazının muqabilində üç qat baha qiymətə satılan sıxılmış ABŞ qazına, orta təbəqənin gəlirlərinin aşağı düşməsinə qarşı sosial etiraz aksiyaları keçirirlər”.

“ABŞ-da ikinci böyük bank sayılan Amerikan Bankın rəhbərinin, “İşlər belə gedəcəksə, yazda ABŞ defolt təhlükəsi ilə qarşı-qarşıya qala bilər”, – bəyanatı Qərbin maliyyə institutlarında əsl bomba partlayışı təsiri doğurdu. Bu da anlaşılandır. İnfrastrukturu büsbütün dağılmış, götürdüyü kreditlərə görə dövlət borcları ÜDM-in 32%-ni keçmiş Ukraynanın dövlət olaraq mövcud qalacağı şübhə altındadır.Geopolitik anlamda Rusiyanın tək olmadığını, Çin, Hindistan, İran və bəlli Ərəb dövlətlərinin Rusiyanın yanında olduğunu görürük. Bu minvalla Rusiyanın hələ duruş gətirəcəyini, Zelenski hakimiyyətinin isə ağır duruma düşəcəyini söyləmək olar”, – deyə politoloq əlavə edib.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100197