Rusiyaya qarşı hibrid müharibə uzun sürəcək – Peskov

Rusiyaya qarşı hibrid müharibə uzun sürəcək – Peskovbackend

Kremlin sözçüsü Dmitri Peskov Rusiyaya qarşı dost olmayan ölkələrin hibrid müharibəsinin uzun sürəcəyini bildirib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Peskov bu barədə və gündəlikdəki məsələlərlə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlama verib.

Rusiyanın Ukraynadakı hərbi əməliyyatının bu il bitib-biçəməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Əgər siz genişmiqyaslı müharibəni nəzərdə tutursunuzsa, bu, düşmən dövlətlərlə və dost olmayan ölkələrlə münaqişədir. Bu, onların ölkəmizə qarşı başlatdıqları hibrid müharibədir. Belə olan halda bizim özümüzə inam, qətiyyət və Prezident ətrafında birləşməmiz lazımdır”.

Peskov ABŞ-nin təşkil etdiyi Demokratiya Sammitini dəyərləndirib və bu ifadələrdən istifadə edib:

“Dünyanın qondarma demokratiya müəllimi olduğunu iddia edən ABŞ tələbələr qiyafəsində bir neçə ölkəni bir araya gətirmək üçün ikinci cəhdini edir. Bu dərsdə iştirak etmək istəyənlər var və bu, onların suveren qərarıdır. Amma dünyanı birinci və ikinci dərəcəli ölkələrə bölmək cəhdləri çoxları tərəfindən təbəssümlə qarşılanır. Bütün bunların çox ciddi hadisə olduğunu söyləmək olmaz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90