Rusların Almaniyaya girişinə qadağa qoyuldu

image-ruslaralmaniyabackend

Almaniya koronavirus mutasiyalarının yayılması səbəbiylə 29 iyundan etibarən Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Busaat.az  xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı səfirliyinin saytında məlumat verilib.

Almaniya Səhiyyə Nazirliyinə tabe olan Robert Koch İnstitutu (RKI) Rusiya və Portuqaliyanı təhlükəli COVID-19 mutasiyalarının yayıldığı ölkələr siyahısına daxil edib. Bu siyahıda Braziliya, Böyük Britaniya, Hindistan, Portuqaliya və Cənubi Afrika da daxil olmaqla daha 14 ölkənin yer aldığı bildirilir.

“Mutasiyaya uğramış koronavirus növlərinin ölkəyə daxil olmasının qarşısını almaq üçün federal hökumət Rusiyadan Almaniyaya səyahətə ümumi qadağa qoymağa qərar verdi” ,- deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, qərara əsasən, yalnız müəyyən kateqoriyalı vətəndaşlar təcili ehtiyac olduqda ölkəyə viza ala bilərlər. Digərləri səyahət sənədi üçün müraciət edə bilməzlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90