Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
12°Bakı
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
Hadisə

Rüşvət almaqda və dələduzluqda ittiham olunan MN zabitinin məhkəməsi başlayıb

Rüşvət almaqda və dələduzluqda ittiham olunan MN zabitinin məhkəməsi başlayıb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Rüşvət almaq, qulluq mövqeyindən istifadə etməklə dələduzluqda ittiham olunan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, kapitan Rəşid Kələntərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. busaat.az  xəbər verir ki, bu gün Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası fevralın 12-nə təyin olunub. Qeyd edək ki, hərbi hissələrdən birinin zabiti, kapitan Rəşid Kələntərov ötən ilin iyun ayında saxlanılıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmə onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Rəşid Kələntərov Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya idarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğludur. O, atasının vəzifəsi və mövqeyindən istifadə edərək hərbi qulluqçuların rüşvət müqabilində xidmət yerlərinin dəyişdirməkdə, təkrar rüşvətalma və təkrar dələduzluqda ittiham olunur. Ona Cinayət Məcəlləsinin 311.3.1 ( rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) 311.3.2 (təkrar törədildikdə) 178.2.3 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=74643