Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 705 $▲0.47%
  • Ethereum2 353 $▲0.64%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Dünya

Saakaşvili məhkəməyə gətirildi - Fotolar + Yenilənir

image-saakasvili

Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəməsi keçiriləcək.

Busaat.az  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, gürcü siyasətçinin məhkəmədə iştirakı gözlənilir.

“Formula” telekanalının məlumatına görə, Penitensiar Xidmətin maşını Saakaşvilinin olduğu hərbi hospitalın ərazisini tərk edib. Penitensiar Xidmət hələ ki, Saakaşvilinin məhkəməyə aparılıb-aparılmaması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, bu gün keçirilən məhkəmə 2007-ci il noyabrın 7-si müxalifətin aksiyasının dağıdılması işi ilə bağlıdır. Bu, Saakaşvilinin oktyabrın 1-i həbsindən bu yana keçirilən 3-cü məhkəmə prosesidir. Gürcü siyasətçi bu proseslərin heç birində iştirak etməyib.

***

“TV Pirveli” telekanalının məlumatına görə, Mixail Saakaşvili Tbilisi Şəhər Məhkəməsinə aparılıb.

“Bu dəqiqələrdə Saakaşvili məhkəmə binasına aparılıb. Dəqiqliklə deyə bilərik ki, Saakaşvili bu gün xalq qarşısında çıxış edəcək”, – deyə məlumatda qeyd olunub.

***

Tbilisi Şəhər Məhkəməsində Mixail Saakaşvilinin iştirakı ilə məhkəmə prosesi başlayıb.

***

Gürcüstanın keçmiş Prezidenti proses zamanı ölkənin məhkəmə sistemini tanımadığını bəyan edib: “Mən prokurorluğun ittihamlarını və məhkəmə sistemini tanımıram. Mən buraya əvvəlcədən yazılmış komediyanın bir hissəsi olmağa gəlməmişəm”.

Qafqazinfo

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul