“SAB” brendi ilə məşhurlaşan “Zəhmət-Ruzi” MMC də cərimələnəcək

image-tia_dd109872cf8c361999cecd4f8d40f63d_rkgxwvy428qpum901e6n-640x336backend

“SAB” brendi ilə məşhurlaşan “Zəhmət-Ruzi” MMC ilə bağlı cərimə protokolu yazıla bilər. Aparılan yoxlama zamanı “SAB” məhsullarını daşıyan avtonəqliyyat vasitələrinin nasaz olduğu, sürücülərinin isə reysqabağı tibbi müayinədən keçirilmədiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, sözügedən MMC İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

MMC ilə bağlı iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 7 oktyabr tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “SAB” brendi 1998-ci ildə əsası qoyulan “Zəhmət-Ruzi” MMC-nin tərkib hissəsidir. MMC-nin baş icraçı direktoru 2023-cü ilin fevralından Elnur Bədəlovdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki