Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft110.37 $▼1.19%
  • WTI neft101.82 $▼1.40%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)2.968 $▼2.69%
  • Qızıl4 014 $▲0.14%
  • Gümüş54.14 $▲0.34%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 439 $▼0.41%
  • Ethereum2 344 $▼0.48%
  • S&P 5007 624▼0.52%
14°Bakı
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
  • USD1.7004
  • EUR1.9061
  • 100 RUB2.0970
  • GBP2.2754
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542
  • GEL0.6547
  • 100 KZT0.3775
  • UAH0.0376
  • 100 JPY1.0827
  • CHF2.0664
Son dəqiqə

Sabiq baş nazirdən hərbi baza ÇIXIŞI: "Türkiyə ilə belə bir müqavilə bağlansa..."

image-penahhuseyn
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan ayrılarkən adəti üzrə təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Bir sıra maraqlı məqamlara toxunan Ərdoğan Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsini istisna etmədiyini bildirib.

Türkiyənin Azərbaycanda hərbi baza formalaşdırmasının mümkünlüyü ilə bağlı Busaat.az-a açıqlama verən keçmiş baş nazir, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn ictimai rəyin bu yöndə olduğunu vurğulayıb.

Pənah Hüseyn ölkədə Türkiyə hərbi bazasının formalaşdırılması ilə hər hansı müqavilə imzalanacağı təqdirdə ona dəstək verəcəyini qeyd edib:

“Dövlət başçıları tərəfindən irəli sürülən mülahizələrin xüsusi şərhinin tərəfdarı deyiləm. Gərək deyildiyi kimi də qəbul edilsin. Bilirsiniz ki, Azərbaycan hərbi doktrinasına görə xarici dövlətlərin hərbi bazalarının qurulması, silahlı qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulmur. Lakin yenə həmin doktrinada xüsusi hallarda təhlükəsizliklə bağlı zəruruət yaranarsa, müvəqqəti olaraq xarici ölkələrin silahlı qüvvələrinin ölkə ərazisində yerləşdirilməsinin yolverilən olduğu qeyd edilir.

Prinsip etibarilə həm siyasi çevrələrdə, həm də ictimai rəyin sferalarında Şuşa Bəyannaməsinin davamı olaraq qarşılıqlı hərbi bazaların yerləşdirilməsinin tərəfdarları var. Şəxsən mən də belə bir müqavilə bağlansa, ona təərfdar çıxaram”.

Emin

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=50086