Sabiq səfir: “Bunun baş verəcəyinə şübhə yoxdur”

image-hulusibackend

“Türkdilli dövlətlərin liderləri böyük uzaqgörənliklə yanaşı, həm də ağıllıdırlar. Buna misal olaraq Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək qardaşlıq və bərabərliyini göstərmək olar”

Bu sözləri Busaat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Sabiq səfir türkdilli dövlətlərin liderlərinin Türk Şurasının inkişafına öz tövhələrini verməsi, Türkiyə-Azərbaycan qardaşlığı və 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbqanqulu Berdiməhəmmədovun görüşü zamanı Azərbaycan Prezidentinin türkmənistanlı həmkarına “Salam aleykum əziz qardaş” deyə, xitab etməsinin Türkiyə-Azərbaycan-Türkmənistan qardaşlığın yaranmasına mesaj olaraq qəbul edə bilərikmi sualına cavab olaraq bildirib ki, buna ən gözəl nümunə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu yolda mühüm addımlar atması və hər iki liderin zamanı düzgün təhlil etməsi və dəyərləndirməsidir: “Türk Şurası qurulan zaman bütün bu məsələlərin hər biri hesablanıb. Burdan da aydın olur ki, bizə qaranlıq olan sualların əslində, hər biri aydındır. Bir daha demək istəyirəm ki, zaman gələcək türk tarixinə adlarını yazmış türkdilli dövlətlərin liderləri də İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi güclərini birləşdirib, vahid birlik olacaq və bütün dünyaya səs salacaqlar. Bununla da türkün gücünü bütün dünyaya göstərəcklər. Ola bilər ki, kimlərsə bu fikirlərin sadəcə sözdən ibarət olduğunu düşünsün, lakin bunun baş verəcəyinə şübhə yoxdur”.

Emin Fərzəliyev

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90