
Sabirabadda ev yandı, 3 nəfər xəsarət aldı

Sabirabad rayonunun Rüstəmli kəndində yanğın hadisəsi baş verib.
Busaat.az xəbər verir ki, kənddə ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.























