
Şahdəniz və AÇG yataqlarının gəliri açıqlandı
Bu il Azəri-Çıraq-Günəşli yatağından (01.01.2020 – 01.11.2020 tarixinə qədər) 3057 milyon dollar gəlir əldə edilib.
Azərbaycan Dövlət Neft Fondundan Busaat.az-a verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) qeyd olunan tarixə qədər 276 mln. dollar gəlir qazanılıb.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 205 mln. ABŞ dolları təşkil edib.























