Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.07 $▲2.65%
  • WTI neft88.61 $▲2.25%
  • Avropa qazı (TTF)88.91 €▲4.56%
  • Təbii qaz (ABŞ)2.934 $▲0.07%
  • Qızıl4 141 $▼0.22%
  • Gümüş52.88 $▼0.41%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda603.75 ¢▲0.67%
  • Bitcoin80 209 $▼0.27%
  • Ethereum2 417 $▼0.21%
  • S&P 5007 689▲1.59%
17°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Parlament

Sahibə Qafarova Cahit Bağçını qəbul edib

image-6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də Türkiyənin Bakıdakı səfiri Cahit Bağçını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

busaat.az xəbər verir ki, görüşdə iki ölkə və onların parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb.

S.Qafarova Boluda baş verən faciəvi yanğınla bağlı Türkiyə xalqına bir daha başsağlığı verib, bu faciə ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa da başsağlığı məktubu ünvanladığını, Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirib.

Söhbət zamanı səfir C.Bağçının Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin daha da genişlənməsi istiqamətində səmərəli fəaliyyət göstərdiyi qeyd edilib.

Görüşdə Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” şüarına söykənən Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin iki ölkənin prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdiyi, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa ölkələr olmadığı vurğulanıb.

İki ölkə arasında müttəfiqliyin rəsmi ifadəsi olan Şuşa Bəyannaməsi ilə ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğu diqqətə çatdırılıb. Əlaqələrin daha da genişlənməsi və dərinləşməsi istiqamətdində parlamentlərin də rolu qeyd edilib. Qanunverici orqanların və deputatların bütün platformalarda bir-birini dəstəklədiyi, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdikləri ifadə olunub.

Səfir C.Bağçı göstərilən diqqətə və dəstəyə görə minnətdarlığını ifadə edərək, bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi üçün əlindən gələn töhfəni verməyə hazır olduğunu bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=156979