Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft96.07 $▲2.65%
  • WTI neft88.61 $▲2.25%
  • Avropa qazı (TTF)88.91 €▲4.56%
  • Təbii qaz (ABŞ)2.934 $▲0.07%
  • Qızıl4 141 $▼0.22%
  • Gümüş52.88 $▼0.41%
  • Pambıq78.77 ¢▲0.88%
  • Buğda603.75 ¢▲0.67%
  • Bitcoin80 209 $▼0.27%
  • Ethereum2 417 $▼0.21%
  • S&P 5007 689▲1.59%
17°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Maraqlı

Salyanda tələbə qeyri-adi velosiped yaradıb

image-c8abab17-df8c-39f6-8d47-348e62a22531_850
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Salyanda gənc oğlanın yaratdığı qeyri-adi velosiped sakinlərin marağına səbəb olub.

Salyan şəhər sakini, 1997-ci il təvəllüdlü Aqil İbrahimovun yaratdığı qeyri-adi velosiped çoxlarının təəccübü ilə qarşılanıb. Mingəçevir Turizm Kollecində təhsilini başa vuran, hazırda Azərbaycan Kooperasiya Universitetinin Turizm işinin təşkili fakültəsində oxuyan Aqil İbrahimovun hələ uşaq yaşlarından velosipedə marağı olub.

Onun velosipedə olan sevgisi indi də azalmayıb. İstedadlı gənc bir müddət əvvəl qeyri-adi velosiped düzəltməyi qərara alıb. O, əvvəlcə kağızın üzərində velosipedin eskizlərini çəkib, sonra işə başlayıb. Bir həftə ərzində iki ramalı, iki zəncirli, iki təkərli velosiped düzəldib.

Aqil İbrahimov velosiped düzəldərkən qaz borularından da istifadə edib. Təkərləri, zəncirləri, oturacağı isə mağazadan alıb. Sonda velosipedi rəngləyərək hazır vəziyyətə gətirib.

Onun sözlərinə görə, bu nəqliyyat vasitəs  i adi velosipedlərdən uzundur. Yeni velosiped uzaq səfərə çıxmaq üçün daha sərfəlidir. Qeyri-adi velosiped təkcə görünüşü ilə deyil, rahatlığı ilə də seçilir.

Qeyri-adi velosiped Salyan şəhərinin küçələrində görünəndə istər-istəməz hər kəsin diqqətini çəkir, ona maraqla tamaşa edir.

Aqil İbrahimov yaxın vaxtlarda şüşədən velosiped düzəltməyi planlaşdırır. O, istəyini reallaşdırmaq üçün artıq bunun layihəsini hazırlayıb. “Report”

image-5ec6cbdb-bf33-3cbc-a511-4e629edb5a4f image-8d4f6c31-c308-3f58-8e58-c4ea8a435b3a image-98d082fe-c736-3494-aa90-58dfe1fd4030

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=35588