“Saman Yolu”nun yeni görüntüsü ortaya çıxıb.
Busaat.az xəbər verir ki, sadəcə bir kadrda 3,32 milyard göy cismini toplayan görüntü Çilidəki Cerro Tololo Amerikalararası Rəsədxanasında (CTIO) qaranlıq enerji kamerası ilə çəkilib.
Təəssüf ki, insan gözünün səmaya baxanda görə biləcəyi ulduzların sayı çox azdır. Texnologiyanın inkişafı ilə teleskoplar sayəsində kainatla bağlı daha ətraflı görüntülər ortaya çıxır.
Şəkil 2017-ci ildə bir fotoşəkilə 2 milyard obyekti sığdıra bilən əvvəlki təcrübələrə əsaslanır. Bu yenilənmiş kadrın məlum kainatın yalnız 6,5 faizini ehtiva etməsi də diqqət çəkir.
Şəkil bütün göy cisimlərinin tam panoramik kadrıdır. Bundan əlavə, tədqiqatçılar təsvir sayəsində bir zamanlar ulduz hesab edilənlərin əslində kiçik uzaq qalaktikalar olduğunu müəyyən ediblər.
Busaat.az