“Saxlanılmazdan əvvəl yalnız bir ədəd xəngəl yediyimə təəssüflənirəm” – Video

image-sakasvilibackend

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanılarkən süfrə arxasında olduğu anın görüntüləri böyük marağa səbəb olmuşdu.

Videodan onun əlləri qandallanarkən belə yeməyini davam etdirdiyini və spirtli içki qəbul etdiyini aydın görmək mümkündür.

Busaat.az xəbər verir ki, Saakaşvili saxlanıldığı Rustavi həbsxanasından “Mtavari arxi” teleşirkətinə verdiyi müsahibəsində bildirib ki, həmin an yalnız bir gürcü xəngəli yeyə bilib.

“Mən Batumi, Kutaisi, Poti, Lançxutini, Sameqrelonun bir neçə yerini ziyarət etdim. Rikotidə lobianinin dadına baxdım. Saxlanılmazdan az əvvəl isə xəngəl sifariş verdim. Təəssüflər olsun ki, yalnız bir ədəd gürcü xəngəli yeyə bildim”, – deyə Saakaşvili qeyd edib.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-i səkkiz ildən sonra Gürcüstana qayıdıb. Keçmiş Prezident elə həmin gün saxlanılıb.

Həmçinin oxuyun“Saakaşvili həbsxanada yarım kq bal yeyib, necə aclıq edir?” – Qaribaşvili

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90