Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft106.94 $▲1.56%
  • WTI neft98.16 $▲1.11%
  • Avropa qazı (TTF)96.69 €▼6.98%
  • Təbii qaz (ABŞ)2.895 $▲0.38%
  • Qızıl3 912 $▼0.52%
  • Gümüş48.87 $▼1.47%
  • Pambıq77.20 ¢▼0.45%
  • Buğda604.50 ¢▼0.12%
  • Bitcoin76 411 $▼0.34%
  • Ethereum2 250 $▲0.04%
  • S&P 5007 541▼0.52%
19°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Gündəm

“Səbinə Əliyevanın üzərinə getməyin, onun istefasını tələb etməyin tərəfdarı deyiləm” – Çingiz Qənizadə

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Həyatda səhvsiz insan olmur. Ombudsman Səbinə Əliyevanın məlum toy hadisəsindən sonra bu günə kimi susqunluğu onun səhvini etiraf etməsi kimi başa düşülməlidir”.

 

Bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlum toy qalmaqalından sonra Ombudsman Səbinə Əliyevanın bəzi mətbuat səhifələrində hədəf olaraq götürülməsinə münasibət bildirərkən deyib. Hüquq müdafiəçisinin sözlərinə görə, Səbinə Əliyeva bir ildir ki, Ombudsman təyin olunub: “Onu da nəzərə alaq ki, Səbinə xanım bir il olar Ombudsman vəzifəsinə təyin olunub. Gənc və savadlı kadrdır. Bir il müddətində də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı müəyyən addımların atmasının şahidi olmuşuq. Qeyd edək ki, Səbinə xanım o toya tək yox, həyat yoldaşı ilə gedib. Bu Azərbaycan mentalitetidir və o həyat yoldaşının dəvəti ilə toyda iştirak edib”.

 

Çingiz Qənizadə ombudsmanın susqunluğuna da aydınlıq gətirib: “Nəzərə alaq ki, Səbinə xanım bununla bağlı mətbuata özünə haqq qazandıran, cəmiyyəti və jurnalistləri qıcıqlandıran müsahibələr vermədi. Susqunluğu onun peşmançılığıdır. O baxımdan da Səbinə xanımın üzərinə getmək, onun istefasını tələb etmək və mətbuatda müzakirə olunmasının tərəfdarı deyiləm. Səhvsiz insan yoxdur. Hesab edirəm ki, onun bu vəzifədə fəaliyyətini davam etdirməsi üçün ona şans verilməlidir”.Modern.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16901