Sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.
Busaat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları Səsvermə gününə azı 25 gün qalanadək hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsini təmin etməlidir.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.
Dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesini də 2024-cü il yanvarın 13-dək başa çatdırmalıdır. Müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra bu proses yekunlaşdırılmalıdır.