“Sədərək” ticarət mərkəzi yanır – FOTO/VİDEO

“Sədərək” ticarət mərkəzi yanır – FOTO/VİDEObackend

Bakıda ticarət mərkəzində yanğın baş verib.

Busaat.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Ticarət mərkəzinin birinci zonasında cərgənin tavanında başlayan yanğın qısa müddətdə mağazalara keçib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb olunub.

Yanğının qarşısının alınması istiqamətində işlər görülür.

FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva faktı təsdiqləyib.

O, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyini deyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90