Məzmuna keç
  • Azeri Light127.60 $▲0.47%
  • Brent neft110.91 $▲1.09%
  • WTI neft101.74 $▲0.94%
  • Avropa qazı (TTF)96.06 €▼0.03%
  • Təbii qaz (ABŞ)3.044 $▲0.23%
  • Qızıl4 013 $▼0.41%
  • Gümüş53.20 $▼1.02%
  • Pambıq78.51 ¢▼0.76%
  • Buğda614.50 ¢▲0.00%
  • Bitcoin79 686 $▼0.40%
  • Ethereum2 311 $▼0.39%
  • S&P 5007 677▲0.71%
20°Bakı
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
  • USD1.7011▲0.0005
  • EUR1.9051▲0.0010
  • 100 RUB2.1019▼0.0029
  • GBP2.2720▼0.0018
  • TRY0.0342
  • AED0.4632▲0.0001
  • CNY0.2545▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3765▼0.0004
  • UAH0.0374▼0.0002
  • 100 JPY1.0814▼0.0030
  • CHF2.0607▼0.0019
Gündəm

Səfir Elmira Axundova Prezidentin Sərəncamına qarşı çıxır? — Ukraynada növbəti SKANDAL

image-elmira12
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkədə daha bir skandalı ilə gündəmə gəlib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, səfir, Ukraynanın Xarkov şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin ucaldılmasına mane olmaq üçün fəaliyyətə keçib.

Belə ki, E.Axundova Xarkov meriyasına müraciət ünvanlayaraq, adıçəkilən şəhərdə salınması planlaşdırılan “Filosoflar parkı”nda Nizami Gəncəvinin abidəsinin ucaldılmasına qarşı çıxıb. O, dahi Nizaminin abidəsinin əvəzinə, Mirzə Fətəli Axundovun heykəlinin ucaldılmasını təkid edib.

image-2-30

Səfirin skandal yaradan əməlləri bununla yekunlaşmayıb. E.Axundova daha sonra Nizami Gəncəvinin abidəsi üzərində işləyən azərbaycanlı heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdan işin dayandırmasını tələb edib.

Məlumdur ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Ukraynada böyük şairin adına ucaldılacaq abidə isə “Nizami Gəncəvi İli”nə növbəti töhfə ola bilər.

image-1-45

Lakin görünən budur ki, xanım səfirin addımları Prezidentin sərəncamına qarşı çıxmaqdan ibarətdir. Beləliklə, Ukraynada qalmaqalları gündəmdən düşməyən Elmira Axundova növbəti skandalı ilə bu ölkədə daha çox Azərbaycan adına mənfi reputasiya yaratmaqla məşğuldurXatırladaq ki, Ukraynanın ikinci böyük şəhəri Xarkovda Nizami Gəncəvinin adını daşıyan parkın açılması və orada dahi mütəfəkkirin abidəsinin ucaldılması ilə bağlı ilkin razılaşma 2019-cu ildə Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Azər Xudiyev arasında keçirilən görüş zamanı əldə edilib

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=44647