Rusiyanın Ermənistandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbəsi nəticəsində guya Rusiya sərhədçilərinin həlak olması ilə bağlı şayiələr haqqında açıqlama yayıb.
Busaat.az xəbər verir ki, səfirliyin bəyanatında deyilir:
“Kütləvi informasiya vasitələri nümayəndələrinin iki rus sərhədçisinin ölümü ilə bağlı bir neçə mənbədə eyni anda ortaya çıxan “məlumatları” şərh etmək istəyi ilə əlaqədar olaraq bildiririk ki, bu, həqiqətə uyğun deyil.
KİV-i bu cür məlumatların yayılmasında diqqətli və balanslı olmağa çağırırıq”.