Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft104.47 $▼0.79%
  • WTI neft96.86 $▼0.23%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.904 $▲0.69%
  • Qızıl3 939 $▲0.16%
  • Gümüş49.83 $▲0.46%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda598.75 ¢▼1.07%
  • Bitcoin77 814 $▲1.49%
  • Ethereum2 292 $▲1.90%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Cəmiyyət

Şəhid anası intihar etdi: “Binaya daxil olan kimi icra başçısı aradan çıxır”

image-102600040062
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

44 günlük Ikinci Qarabaö müharibəsində yeganə övladını itirən Vüsalə Məmmədova bu gün, oktyabrın 26-da dərman içərək intihar edib.  By barədə Turana V.Məmmədovanın yaxınları bildiriblər.   

Yaxınlarının dediklərinə görə, o, hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanada yatır, durumu çox ağırdır.

Qohumlar bildirirlər ki, 2020-ci il oktyabrın 17-də  Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası hazırda kirayədə qaldığı mənzilin pulunu ödəyə bilmir.

“Bir il ərzində Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova dəfələrlə müraciət etməsinə baxmayaraq onu qəbul etməyib. Şəhidimizin nənəsi ilə telefonla danşdım. Deyir ki, “qızım bezdi, adamı nə qədər aldadarlar. Hər dəfə qızımı qəbul edəcəyinə söz verən icra başçısı qızım binaya daxil olan kimi aradan çıxır və köməkçiləri “başçı burda yoxdur, gedin başqa vaxt gələrsiniz” deyir. Dərdimizi kimə deyək?”” deyə V.Məmmdovanın anası bildirir.

Şəhid yaxınları rica edirlər ki, bu status paylaşılsın və ən azından bu zülmün ağırlığı altında inləyənlərin səsini çatdırmağa cəhd olunsun.

“İşğaldan azad olunmuş bölgələrdə forslanıb poza verənlər, hərdənbir evinin çırağı sönən anaları da xatırlayın. O, anaların minbir əziyyətlə böyütdüyü övladlarının qanı  forsla gəzdiyiniz torpaqlarda qurumayıb hələ”, deyə şəhid yaıxnlarını etirazlarını ifadə edirlər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61240