Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲3.56%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 785 $▲0.04%
  • Ethereum2 226 $▼0.45%
  • S&P 5007 377▲0.27%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Şəhid polkovnikimizin xanımından TƏSİRLİ 8 MART TƏBRİKİ – FOTOLAR

image-158278668_2802261576658980_1573239795071086448_n
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova feysbuk hesabından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib.

Busaat.az xəbər verir ki, təbrikdə bunlar yer alıb:

“Əziz Şəhid Xanımları, Şəhid Anaları!

Sizin timsalınızda mən bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, rahat, firavan, müharibəsiz illər arzu edirəm. Azərbaycan qadınları ailə dəyərlərini qoruyub saxlayan, fədakar ana, təmkinli həyat yoldaşı, qayğıkeş nənə olurlar. Bununla bərabər Azərbaycan bayrağının məğrurcasına dalğalanması, Vətən torpağının düşmən tapdağından azad edilməsi üçün gözünü qırpmadan böyütdüyü oğul-sipəri Vətən üçün qurban verməyə hazır olan Azərbaycan Qadınının bundan sonra bir daha müharibə faciələrini yaşamamasını diləyirəm. Arzu edirəm ki, Azərbaycan qızlarının, gəlinlərinin taleləri yarımçıq, balaca qızcığazlar isə atasız qalmasınlar, anaların başı qara örpək görməsin. Həyat yoldaşı Şəhid olan xanımın həyatı da Şəhid olur. Arzu edirəm ki, Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! Hər birimizə bu çətin həyatı məqamımızda arxa-dayaq olan, hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərən, hər birimizi tanıyan, zərif, mərhəmətli Mehriban xanım Əliyevadan mən məğrurluğun, əzəmətliliyin nümunəsini götürürəm. Bu gün Sizləri təbrik edəcək həyat yoldaşlarınız, oğullarınız yoxdur… Lakin Bizlər tək deyilik, biz tənha deyilik. Bizlərin arxasında Ali Baş Komandanımız İlham Əliyev, Mehriban xanım Əliyeva, dövlətimiz, xalqımız var. Həyat yoldaşlarımız Vətəndaşlıq borclarını ən ali səviyyədə-canlarını Vətənə qurban verərək yerinə yetiriblər. Biz onların həyat amallarını davam etdirərək övladlarımızı Azərbaycana və Azərbaycançılığa sadiq, Vətənə bağlı, Vətənpərvər, atalarının adlarına layiq Vətəndaş olaraq böyütməliyik.

Arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda Şəhid olmuş həyat yoldaşlarımızın dilədikləri bütöv Azərbaycan daim sülh və firavanlıq içində olsun!

Əzizlərim, Bayramınız Mübarək!”

image-158636407_2802258929992578_5678938150128755805_o image-158819638_2802259473325857_2141112635928398288_o image-158329209_2802259409992530_1067903845030062123_o image-158468836_2802311433320661_4439807916619954120_o image-158278668_2802261576658980_1573239795071086448_n-1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=39329