Xəbər verdiyimiz kimi, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib.
“Qafqazinfo”nun məlumatına görə, sosial şəbəkələrdə şəhidlərimizin fotoları yayılmağa başlayıb.
Onlardan biri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğludur. N.Əliyev əslən Gəncədəndir, hərbçimizin azyaşlı qızı bizə əmanət qalıb.
Digər şəhidimiz leytenant Niftəliyev Ümüd Oruc oğu Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir.
Daha bir qəhrəmanımız şəhid Elçin Əliyev Şirvan şəhər Bayramlı qəsəbəsindən olub.
Daha bir şəhidimiz Elmin Əlizadə əslən Mingəçevir şəhərindən olub.
Daha 3 şəhidimiz gizir Orxan Cabbarov, əsgər Elçin Ağayev, əsgər Murad Xəlilov haqda məlumat və foto olduqda xəbər yenilənəcək.
Allah şəhidlərimizə rəhmət eləsin!