Şəhidlərimizin qanı yerdə qalmadı

image-c46fdf38-75ec-4593-a516-d72957270b85backend

Azərbaycan xalqının ərazi bütövlüyü çətinliklərlə,qan bahasına əldə olundu.Bunu qeyd edərkən canını düşünmədən həmin o atəşlərin önünə atılan igidləri xatırlamamaq əldə deyil.Şəhidlik zirvəsinin ali məqamına yüksələrək o zirvəni dəyərləndirən həmin o şəxslər sayəsində biz bu gün əmin-amanlıqla isti evimizdə yaşaya bilirik.Həm 1-ci həmdə 2-ci dünya müharibələrində şəhid verən xalqımız daim onların xatirəsini yad edir.Düzdü, bu şəhidlik zirvəsi uca zirvə olsada həmin o canı boya başa çatdıran valideyn üçün onun həyata göz yummağını qəbullənmək olduğca can yandıran olur.Buna baxmayaraq xalqımızın şəhid verən ailələri bir kəlimə ile öz acılarını dindirir,dövlətinə dəstək oldular.Həmin kəlimə-“Vətən sağ olsun!”idi…

Doğma yurdumuz onun üçün vuruşan igidlərinin qanını yerdə qoymadı,həsrətlə gözlənilən o torpaqları geri qaytardı.Şəhid oğullarının ölməz xatirəsini əbədiləşdirdi.Günü bu gün də tədbirlər və istənilən bir ictimai görüşlər başlanılınca Dövlət himninimizlə bərabər Şəhidlərin əziz xatirəsini 1 dəyqəlik sükutla yad edirik.Sadəcə bununla da kifayətlənmir, şəhidləri gələcək nəsillərə ötürmək məqsədilə onların adlarına küçələr,bulaqlar inşa etdirilir.Yenədə bütün şəhidlərimizi gələcək nəsillərə tanıtmaq biz gənclərin əlindədir.Bunu etmək elədə çətin deyil.Onların etdiyinin yanında hətta bu bir heçdir.Çünki insanın özünə ən şirin neməti olan-canı,cismi onlar düşünmədən qurban verdilər.Bizdə bu fədəkarlığı unutmayaraq, unutdurmayacayıq.Vətən şəhid qanı ilə yuyulubsa vətəndir cümləsi də həmin o ağrını dindirmeye bir dərman oldu.Son olaraq isə Azərbaycanın suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Uca Allahdan rəhmət,ailələrinə isə sonsuz səbr arzu edirəm.Allah rəhmət eləsin.Şəhidlərimizin qanı yerdə qalmadı!!!
Nərmin Xanbutayeva
Azərbaycan Dillər Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki