Səhiyyə naziri: “Rezidentura təhsili 2 ildən 5 ilə qədər davam edir”

image-teymur_musayev_230421jpg-1747390363backend

Rezidentura təhsilində 56 ixtisas üzrə həkim hazırlığı davam edir.

Busaat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar Səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, 2011-ci ildən etibarən ölkədə ali tibb təhsilinin rezidentura pilləsi tətbiq olunub və hazırda müxtəlif ixtisaslar üzrə həkim-mütəxəssislərin hazırlanması həyata keçirilir.

Teymur Musayev qeyd edib ki, rezidentura təhsil proqramlarının müddəti ixtisasdan asılı olaraq 2 ildən 5 ilə qədər dəyişir.

Nazir əlavə edib ki, Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli qərarına əsasən, dövlət sifarişi ilə rezidentura təhsili alan şəxslər 3 il müddətində Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət tibb müəssisələrində fəaliyyət göstərməlidirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki