“Şeir bəhanəsi ilə prezidentimizə və ölkəmizə qarşı verilən bəyanatları qınayırıq” – Fəxrəddin Altun

“Şeir bəhanəsi ilə prezidentimizə və ölkəmizə qarşı verilən bəyanatları qınayırıq” – Fəxrəddin Altunbackend

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bəzi İran siyasətçilərinin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarına münasibət bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Bakıda keçirilən Zəfər Paradında Bəxtiyar Vahabzadənin “Torpaqdan pay olmaz” şeirini oxuduğunu xatırladan Fəxrəddin Altun “Bir şeir vasitəsilə süni bir gərginlik yaradılmağa cəhd göstərilir. Şeirdə Ermənistanın Azərbaycan torpaqlarını işğalının zərər çəkmiş bir xalqda yaratdığı hiss emosional şəkildə ifadə olunur və heç bir halda İranın adı çəkilmir və ya nəzərdə tutulmur”, – deyə bildirib.

Prezident Ərdoğanın Qarabağdakı işğala şərəfli bir mübarizə ilə son verən Azərbaycanın tarixi zəfərinin coşğusunu bölüşmək üçün çıxışında bu sətirlərə yer verdiyini bildirən Altun sözlərinə belə davam edib: “Qonşu ölkənin bölgədə sülh və sabitlik adına yeni bir səhifə açılmasına səbəb olan haqlı qələbəsinin coşğusunu bölüşmək əvəzinə, bir şeirin mənasını təhrif edərək mənasız bir gərginlik yaratmaq cəhdini və bu günə qədər işğalçı mövqedə olan Ermənistanı sevindirəcək bir münasibət nümayiş etdirilməsini başa düşməkdə çətinlik çəkirik.

Bilərəkdən kontekstindən çıxarılan bir şeir bəhanə edilərək Prezidentimizə və ölkəmizə qarşı verilən aqressiv bəyanatları qınayırıq.

İranda əsassız ittihamlarla Türkiyəni hədəf alan kampaniyanın İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin ‘Səfəvi dövrünün İran xəritəsi’ paylaşımıyla, tarix olmuş bir dövlətin sərhədlərinin gündəmə gətirilməsinə qədər çatmasının bölgəmizdəki sülh səylərinə və qardaşlıq hüququmuza zərər verici mahiyyətdə olduğu açıq aşkar görünür”.

Altun nə Türkiyə, nə də başqa bir ölkənin ərazisinə qarşı bu şəkildə haqq iddia edilməsinə heç vaxt imkan verməyəcəklərini vurğulayıb:

“İran rəsmiləri tərəfindən ölkəmizə qarşı irəli sürülən haqsız ittihamlara sərt cavabımız və İran rəhbərliyinin bundan sonra ölkəmizə qarşı olan yanaşmada daha diqqətli olması və həssaslıq göstərməsi ilə bağlı gözləntimiz dünən Xarici İşlər Nazirliyimizə çağırılan İran səfirinin diqqətinə çatdırılmış və İran tərəfinin münasibətinə etiraz edilmişdir.

Türkiyənin beynəlxalq təzyiqlərlə qarşılaşmaq bahasına çətin zamanlarında İran dövlətinin və xalqının yanında dayanaraq dəstək olduğu unudulmamalıdır. Bölgəmizin sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizliyinin ölkələrimizin üzərinə böyük məsuliyyətlər qoyduğu bir dövrdə ikitərəfli əlaqələrimizə kölgə sala biləcək hər cür davranış və bəyanatlardan həssaslıqla çəkinməyin son dərəcə vacib olduğunu xatırladırıq.

İran rəsmilərinə bu xəyali əhval-ruhiyyədən ən qısa müddətdə xilas olmağı və ortaq tarixi keçmişimizdən və xalqlarımız arasındakı möhkəm əlaqələrimizdən düşmənçilik deyil, müsbət gündəm yaratmaq üçün istifadə etmələrini tövsiyə edirik

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki