Sənan Hüseynov: “Azərbaycan- Böyük Britaniya əlaqələrinin qurulmasında Heydər Əliyevin rolu böyükdür”

image-img_3948backend

Azərbaycanın uğurlu çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini
də Böyük Britaniya ilə münasibətlər tutur. Böyük Britaniya-Azərbaycan
arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin
münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən
götürür. Böyük Britaniya Azərbaycanın müstəqilliyinin bərpasını tanıyan ilk
Qərb ölkələrindən biridir. Birləşmiş Krallıq 1991-ci il dekabrın 31-də
Azərbaycanın müstəqilliyini tanıyıb. Ölkələrimiz arasında diplomatik
münasibətlər isə 1992-ci il martın 11-də qurulub. Ötən müddətdə iki ölkə
arasında əlaqələrin genişləndirilməsi baxımından yüksək tarixi nailiyyətlər
əldə olunub və hazırda Azərbaycan-Böyük Britaniya münasibətləri inkişafının
ən yüksək səviyyəsinə çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir
Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak
etmək üçün İngiltərəyə işgüzar səfəri də ölkələrimiz arasında əməkdaşlıq
imkanlarının genişləndirilməsi və əlaqələrimizin daha da dərinləşdirilməsi
baxımından mühüm töhfə olacaq.
İkitərəfli əlaqələrin inkişafının əsasında Ümummilli Lider Heydər Əliyevin
zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən
proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu var.
Ulu Öndərin ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra beynəlxalq
əməkdaşlığın inkişafı istiqamətində atdığı ilk addımlardan biri də Böyük
Britaniya ilə münasibətlərin inkişaf etdirilməsi oldu. Ümummilli Lider Heydər
Əliyevin 1994-cü və 1998-ci illərdə Böyük Britaniyaya səfərləri ölkələrimiz
arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas sütununu təşkil
edib. Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndərin 1994-cü ildəki səfəri,
Birləşmiş Krallığın Baş naziri Con Meycor ilə keçirdiyi görüş və imzalanan
sənədlər ölkələrimiz arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın
əsasını qoydu. Həmin vaxtdan başlayaraq, iki ölkə arasında müxtəlif sahələrdə
əməkdaşlıq genişlənib, möhkəm siyasi dialoq qurulub, iqtisadi sahədə önəmli
nəticələr əldə olunub. Bununla paralel olaraq, humanitar sahədə də intensiv
mübadilələr həyata keçirilib və əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlib. Məhz bunun göstəricisidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz
regionunda və daha geniş Xəzər dənizi hövzəsində Böyük Britaniyanın etibarlı
tərəfdaşıdır. Bu tərəfdaşlıq yüksək səviyyəli qarşılıqlı səfərlərdə də özünü
aydın şəkildə göstərir. Azərbaycan Respublikasının dövlət başçıları Böyük
Britaniyaya ümumilikdə 4 rəsmi və 7 işgüzar səfər ediblər. Xüsusi vurğulamaq
lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin
aprelində andiçmə mərasimindən sonra Türkiyəyə səfərinin növbəti günü
Böyük Britaniyanın Baş naziri xanım Tereza Meyin dəvəti ilə Londona səfər
edib.
Böyük Britaniya da bir çox sahələrdə, xüsusən enerji sektorunda
uzunmüddətli etibarlı əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir.
Britaniyanın sabiq Baş naziri Rişi Sunak bu il martın 14-də XI Qlobal Bakı
Forumu ilə bağlı dövlətimizin başçısına ünvanladığı məktubda qeyd edib:
“Azərbaycan bütün dünyada dəyər verilən məhsulların daşındığı ticarət
marşrutlarının üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizi vasitəsilə
Mərkəzi Asiyaya, Türkiyə və Qara dəniz vasitəsilə isə Avropaya aparan yeni
bağlantıların açılmasını dəstəkləməkdə davam edəcəkdir… Böyük Britaniya və
Azərbaycan arasında olan əlaqələr qarşılıqlı firavanlıq və təhlükəsizlik
maraqları naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin
sonuna doğru COP tədbirinin Bakıda uğurla keçirilməsini dəstəkləmək üçün
Böyük Britaniya yanınızda olacaqdır”.
Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə dair rəsmi
mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb. Tərəfdaş
ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Qırx
dörd günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv
münasibət sərgiləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki