Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Serbiya və Kosova müharibəsi başlayır? - Silahlı qüvvələr yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

image-kosovo-conflicto-jpg

Serbiya silahlı qüvvələri ali baş komandan və prezident Aleksandr Vuçiçin əmri ilə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Busaat.az xəbər verir ki, bunu Serbiya Müdafiə naziri Miloş Vuçeviç Tanjuq xəbər agentliyinə bildirib.

“Serbiya prezidenti ali baş komandan kimi Serbiya ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirməyi əmr edib. Bu əmr bizi Serbiyanın və onun vətəndaşlarının ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün əməl etməli olduğu ən yüksək səviyyəyə qaldırır” – deyə, Vuçeviç qeyd edib.

Serbiyanın daxili işlər naziri Bratislav Qasiç isə, məsələ ilə bağlı deyib: “Prezident və Ali Baş Komandan Aleksandr Vuçiçin əmrinə əsasən, mən Daxili İşlər Nazirliyinin bütün bölmələrinin tam döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr etmişəm”.
Serbiyanın “Vecernje Novosti” qəzeti bazar ertəsi axşam saatlarında NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinə (KFOR) yaxın mənbələrə istinadən xəbər yayıb ki, Kosovonun hakimiyyət orqanları bu ölkənin şimalında və Metohiyada barrikadaların sökülməsi əməliyyatına hazırlaşaraq qoşunlarını tam döyüş hazırlığı vəziyyətinə gətiriblər. Qəzetin məlumatına görə, 1500-ə yaxın hərbçi gecə vaxtı mümkün yerdəyişməyə hazır olmaq üçün dislokasiya yerlərində və ya əlçatmaz nöqtələrə yerləşmək barədə əmr alıb.

Qeyd edək ki, dekabrın 25-də Quinta ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya) səfirləri Serbiya prezidentindən barrikadaları 24 saat ərzində aradan qaldırmağı tələb edib, əks halda Kosovonun baş naziri Albinin cəhdlərinə mane olmayacaqları ilə hədələyiblər. Kosovonun baş naziri Albin Kurti vurğulayıb ki, Kosovonun şimalında barrikadaların hərbi metodlarla sökülməsi itkilərlə nəticələnə bilər və ən qısa zamanda başa çatdırılmalıdır.

Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul