Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 895 $▼0.50%
  • Ethereum2 377 $▼0.37%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Serbiyada hökumət əleyhinə etirazlar keçirilir

image-images

Serbiyanın paytaxtı Belqradda keçən həftə törədilən iki silahlı hücumdan sonra minlərlə insan küçələrə axışıb. Müxalifətin çağırışı ilə “Serbiya zorakılığa qarşı” şüarı ilə təşkil edilən aksiyada 50 mindən çox insan iştirak edib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər açıq havada zorakılığa təhrikin dayandırılmasını, zorakılıq xarakterli proqramların yığışdırılmasını, Serbiya Radio və Televiziyasının (RTS) rəhbərliyinin və Serbiyada hansı kanalların yayımlanacağını müəyyən edən müşahidə şurasının istefasını tələb ediblər.

Ötən həftə 17 nəfərin ölümü ilə nəticələnən kütləvi hücumlara görə daxili işlər naziri Bratislav Qasiç və Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin rəhbəri Aleksandr Vulinin məsuliyyət daşıdığına işarə edən nümayişçilər məsul nazir və yüksək səviyyəli rəhbərləri istefaya çağırıb. Belqraddan başqa Novi Sad şəhərində də “Hər şey dayanmalıdır” şüarı ilə nümayiş keçirilib.

Müxalifət tələblərin həyata keçirilməsi üçün hökumətə mayın 12-dək vaxt verib. Müxalifət nümayəndələri tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə faciənin miqyasına uyğun tədbirlərin görüləcəyini açıqlayıblar.

Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul