Sərhədi keçmək istəyənlər tutuldu – DSX-dən əməliyyat

image-6819e07ecb0916819e07ecb09217465263346819e07ecb08f6819e07ecb090jpg-1746526768backend

Dövlət sərhədinin etibarlı mühafizəsi və qeyri-qanuni miqrasiyaya qarşı aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində daha 4 nəfər sərhəd pozucusu saxlanılıb.

Busaat.az  DSX-ya istinadən xəbər verir ki, aprelin 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər — 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla sərhədi qanunsuz keçməyə cəhd edərkən tutulub.

Mayın 2-də isə Əfqanıstan vətəndaşları — 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah analoji cəhd zamanı saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə qanunsuz miqrasiya etməyi planlaşdırıblar.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki