Sərnişin sıxlığına görə vaqon artırıldı  

image-22jpeg-1750947913backend

Azərbaycan Dəmir Yolları (ADY) QSC qeyri-iş günlərində (26-29 iyun) gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, artan sərnişin tələbatı nəzərə alınaraq, iyunun 25-də Bakı–Balakən qatarına əlavə 8 vaqon qoşulub.

Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla, 100 faiz doluluqla yola düşüb.

Qeyd edək ki, həftəiçi Bakı–Balakən–Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla, orta hesabla 110 sərnişinə xidmət edir.

Artan sərnişin tələbatı nəzərə alınaraq 26-29 iyun tarixlərində Bakı–Ağstafa–Bakı və Bakı–Qəbələ–Bakı xətləri üzrə də əlavə reyslər təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki