Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 757 $▲0.03%
  • Ethereum2 234 $▼0.06%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Siyasət

Desant göndərəcəksiz? - Azərbaycan və Rusiya deputatları arasında qarşıdurma

image-2025-08-13-15-37-17gxqsat4si8p1dhcqrp4l_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulev və Milli Məclisin deputatı Rasim Musabəyov arasında qarşıdurma yaşanıb.

Busaat.az Bakupost.az-a istinadən xəbər verir ki, rusiyalı deputat Rusiya hökumətini Azərbaycanla ticarət əlaqələrini dayandırmağa çağırıb, həmçinin Azərbaycana qarşı “xüsusi hərbi əməliyyat”ın keçirilməsindən danışıb.

Rasim Musabəyov isə bu ittihamlara cavab verib:

“Xahiş edirəm, xəritəni açın və baxın. Sizə hərbi akademiyalarda öyrədilənlər hara gedib? Azərbaycan ilə Rusiya sərhədi böyük Qafqaz dağları ilə ayrılır. Siz necə düşünürsünüz ki, bu dağları aşaraq Azərbaycana qarşı xüsusi əməliyyat keçirəcəksiniz? Və ya Azərbaycan sahillərində desant əməliyyatı təşkil edəcəksiniz? Bu, mümkün deyil, bunu etməyə cəhd edənlərin qırıntıları belə qalmaz!”

Deputat əlavə edib ki, Azərbaycan ordusu həbsxanalardan toplanan qüvvələrdən ibarət deyil və Rusiyanın Qafqazda birləşdirdiyi ordudan dəfələrlə güclüdür.

Bu açıqlamadan sonra Qurulyov Azərbaycana hədə-qorxu gəlmədiyini deyib. Musabəyovun ona ünvanladığı açıqlamaları şərh etməsi xahiş olunanda isə rusiyalı deputat azərbaycanlı həmkarını təhqir edib və onun bəyanatlarına reaksiya verməyəcəyini deyib.

Bakupost.az
O, Rasim Musabəyovun sərhəddə dağların olması ilə bağlı açıqlamasına isə növbəti təxribatçı fikirlərlə cavab verib:

“Mən hamıya Çeçenistanı xatırladıram, əziz dostlarım. Orada dağlar az deyildi”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=170359