“Şərurlu İsfəndiyar” məhkəməyə gəlib

image-1745138202_222222jpg-1747133994backend

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Busaat.az-ın məlumatına görə, o, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.

Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.

Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.

O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki