Səudiyyə kralının səfəri diqqət mərkəzində: 506 tonluq baqajında nələr var…

image-kralbackend
Bu günlərdə İndoneziyaya səfər edəcək Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdül Əziz səfərə ciddi hazırlaşır. Diqqət çəkən əsas məqam ondan ibarətdir ki, kralın səfər zamanı özü ilə götürəcək baqajın çəkisi 506 ton olmasıdır.

Busaat.az “The Washington Post”a istinadən xəbər verir ki, baqajda eyni zamanda iki Mercedes-Benz S-600 limuzini, həmçinin iki elektrikli lift var.

Əlbəttə ki, kral baqajı ən liberal baqaj qaydalarını belə üstələdiyindən yüklərin daşınması öz özlüyündə ciddi bir tədbirdir. “PT Jasa Angkasa Semesta” (JAS) nəqliyyat şirkətindən Aci Qunavan “Antara” xəbər agentliyinə verdiyi açıqlamada, şirkətinin Səudiyyə mallarının daşınmasını səmərəli təşkil etmək üçün 572 işçi cəlb etdiyini deyib.

Səudiyyə Ərəbistanı Kralı 9 günlük səfərdə böyük bir heyətlə yola çıxacaq.

The Jakarta Post-un yazdığına görə, nümayəndə heyətinin tərkibində 10 nazir, 25 şahzadə və ən az 100 təhlükəsizlik işçisi daxil olmaqla 1500-ə yaxın heyət üzvü yer alacaq.

Nə qədər dramatik görünsə də, möhtəşəm səyahət tərzi Səudiyyə kralı ailəsi üçün yeni bir şey deyil. Məlumata görə, 2015-ci ildə Kral Salman 1000 nəfərlik heyətlə birlikdə icazəsiz olaraq yerli çimərlikdə lift qurmaq cəhdi Fransa Rivierasının bələdiyyə sədrini qəzəbləndirib. Elə həmin il Vaşinqtona səfəri zamanı kral sarayı “Four Seasons” otelinin  222 otağın hamısını almışdı.

Qeyd edək ki, Səudiyyə kralının 2017-ci ildə İndoneziyaya səfəri zamanı baqaj yükü 450 tondan çox olub.  Onun baqajında  2 ədəd Mercedes-Benz S600, 2 ədəd özüyeriyən pilləkən. Onun səfər zamanı təhlükəsizliyinin təmin olunması üçün 10 min polis və hərbçi cəlb edilib. Onun Cakartada İstiqlal məscidinə ziyarəti zamanı tualetin döşəməsinə qalın xalça döşənib ki, 80 yaşlı kral sürüşməsin. Bundan əlavə olaraq unitaz 12 sm hündürlüyə qaldırılıb. Məscidin ikinci mərtəbəsinə qalxması üçün xüsusi lift quraşdırılıb.

Ölkə.Az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90