Si Cinpin: "Çin BRİKS üzvü olan ölkələri qlobal idarəçilikdə inkişaf etməkdə olan dövlətlərin rolunu artırmağa çağırır"
Çin BRİKS üzvü olan ölkələri inkişaf etməkdə olan ölkələrin qlobal idarəçilikdə rolunu artırmağa çağırır.
Busaat.az xəbər verir ki, bu barədə Çin lideri Si Cinpin BRİKS Sammitindən sonra bildirib.
“Qlobal idarəçilikdə inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və səsini yüksəltmək və inkişaf etməkdə olan dövlətlərə daha yaxşı nəticələr əldə etmək üçün dəstək vermək lazımdır. Əsl çoxtərəfliliyə riayət etmək, inkişaf maraqları naminə qlobal tərəfdaşlıq münasibətləri qurmaq və ümumi inkişaf üçün təhlükəsiz və sabit beynəlxalq mühit yaratmaq lazımdır”, – Cinpin deyib..
BRİKS sammitindən sonra BRİKS liderləri Yohannesburq Bəyannaməsini qəbul ediblər. Assosiasiya altı yeni ölkə ilə genişləndirilib: 2024-cü ildə Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya assosiasiyaya qoşulacaq.
Bundan əlavə, BRİKS-ə üzv ölkələrin maliyyə institutları 2024-cü ildə keçiriləcək növbəti BRİKS görüşünə qədər milli valyutaların və ümumi ödəniş alətlərinin istifadəsi ilə bağlı təkliflərini hazırlayacaqlar.





