Türkiyədə mərkəzi Kayseri və Diyarbəkirdə olan 5 vilayətdə qanunsuz mərc oyunlarına qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az türk mediasına istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Naziri Əli Yerlikayanın paylaşdığı məlumata görə, Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə İdarəsinin koordinasiyası geniş miqyaslı əməliyyat keçirib.
Bildirilib ki, şübhəli şəxs qismində kimliyi müəyyən edilən 58 nəfər saxlanılıb. Onlardan 3 milyon türk lirəsindən çox pul əldə edilib.