“Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” təlimi keçirildi – Video+Fotolar

image-mnesasbackend

“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

Busaat.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb edilib.

Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.

Təlimdə düşmənin hərbi texnikalarının pusquya salınaraq komandir heyətindən əsir götürülməsi üzrə birgə fəaliyyətlər yerinə yetirilib. Əlverişsiz hava şəraitindən istifadə edərək təxribata hazırlaşan şərti düşmənin terror qruplaşmasının fəaliyyətləri xüsusi təyinatlı bölmələrimiz tərəfindən aşkar edilib. Ərazinin çətin keçiləbilən relyefi üçün nəzərdə tutulmuş hərbi daşıma vasitələrinin köməyi ilə düşmənin terror fəaliyyətlərinin qarşısı alınıb. Çətin dağlıq şəraitdə həmlə qrupumuz tərəfindən pusquya salınan düşmənin hərbi kalonundan terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib.

Döyüş əməliyyatları zamanı yüksək dağlıq ərazilərdə qar uçqununa məruz qalmış və qarlı ərazilərdə itmiş şəxslərin axtarılıb tapılması, ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi məşq etdirilib. Beynəlxalq xilasetmə kurslarında təcrübə qazanmış xilasedicilərin də cəlb edildiyi təlimdə təhlükəsizlik qaydalarına əməl etməklə xüsusi aparat və avadanlıqlar vasitəsilə axtarış-xilasetmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

 





Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90