Şimali Koreya lideri Kim orduya əmr etdi
Şimali Koreya lideri Kim Çen İn ABŞ və Cənubi Koreyanın genişmiqyaslı hərbi təlimlərə hazırlaşmasından sonra hərbçilərə müharibə planlarını yekunlaşdırmağı tapşırıb.
Busaat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Bildirilir ki, Kimin sədrliyi ilə Koreya Fəhlə Partiyasının Hərbi Komissiyasının iclasında ordunun döyüş hazırlığı və düşmənlərə qarşı hücum planları müzakirə olunub.
Kim sərhəd qoşunlarının artırılması, real döyüş təlimlərinin keçirilməsi və yeni strategiyaların və silahların hazırlanması ilə bağlı danışıqlardan sonra orduya müharibə planlarını yekunlaşdırmağı tapşırarkən “vacib hərbi tədbirlərin həyata keçirilməsi” haqqında qətnamə imzalayıb.
Ordunun daha güclü hücum silahları əldə etməsi üçün müxtəlif sürsat və sistemlərin geniş miqyaslı istehsalına göstəriş verib.
Mənbənin paylaşdığı görüntülərdə Kimin görüş zamanı Cənubi Koreya əhalisinin yarısının məskunlaşdığı paytaxt Seul şəhəri və ətrafındakı Koreya yarımadası xəritəsindəki bəzi məqamlara diqqət çəkdiyi bildirilir.
Qeyd edək ki, ordunun qərargahı sözügedən ünvanda yerləşir.
Mənbə bildirir ki, Kim həmçinin iclasda Pak Su-İlin yerinə Ri Yonq Gili Baş Qərargah rəisi təyin edib.
Eyni zamanda, müdafiə naziri olan Pakın bu vəzifədə davam edib-etməyəcəyi ilə bağlı hələki məlumat verilmir.





