Şimali Koreya yenidən Yapon dənizinə ballistik raket atdı
Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını açıqlayıb.
Busaat.az xəbər verir ki, Şimali Koreyanın şərq sahilindəki Kanqvondan atılan qısa mənzilli ballistik raket Yapon dənizinə düşüb.
Raket sınağı yerli vaxtla saat 10:48-də baş tutub.
Yaponiya hökuməti ballistik raketin Yaponiyanın əsas iqtisadi zonasına düşmə ehtimalının olduğunu və bu istiqamətdə araşdırmaların davam etdiyini bildirib.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu raketlə bağlı məlumatların təhlil mərhələsində olduğunu və ölkəsinin ABŞ və Cənubi Koreya ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.
Şimali Koreyanın Xarici İşlər naziri Ço Son Hui deyib: “Birləşmiş Ştatlar müttəfiqlərinə Koreya yarımadasında təxribat xarakterli hərbi fəaliyyətləri gücləndirsə, Şimali Koreyanın hərbi əks-hücumları bir o qədər şiddətli olacaq”.
Cənubi Koreya Müdafiə Nazirliyinin sözçüsü Mun Hong Sik Şimali Koreyanın nüvə və raket təhdidlərinin davam etdiyi bir mühitdə Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik sahəsində əməkdaşlığın çox vacib olduğunu bildirib.





