Şimali Koreyada müharibənin qarşısını almaq üçün tədbirlər görülür
Şimali Koreyada “vacib və praktiki” müharibənin qarşısının alınması tədbirləri təsdiqlənib. Qəbul edilmiş müharibə qarşısının alınması tədbirlərinin nədən ibarət olduğu isə açıqlanmayıb.
Busaat.az xəbər verir ki, bu barədə ölkənin rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib.
Qeyd edilib ki, müharibənin qarşısının alınmasının daha səmərəli, güclü və aqressiv şəkildə təmin edilməsi üçün mühüm və praktiki addımlar müzakirə edilərək qəbul edilib.
“Müharibənin qarşısının alınması üçün vacib və praktiki tədbirlər Şimali Koreyaya ABŞ və Cənubi Koreyanın müharibə təxribatlarının öhdəsindən gəlməyə kömək edəcək”, – hesabatda qeyd olunur.





