Şirvanda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi 

image-img_6142backend

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Busaat.az-a bildirilib ki, sakinlər arasında aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər sakin şəhər ərazisindən tapdığı avtomatı könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Tədbirlər zamanı 10 nəfər sakindən isə müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki