Şiş “Toppuş bacı”nın başına yayılıb – Aktrisa evini satışa çıxardı

image-11006f7b51e074e7ee342a857010f4121639726229_1634416109_toppbus-jpg-1backend

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın (“Toppuş bacı”) vəziyyəti ağırlaşıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında aktrisa Ülviyyə Əliyeva deyib. O bildirib ki, şiş artıq onun beyninə yayılıb:

“Hazırda kimyaterapiya olunur. Sağ olsun Milli Onkologiya Mərkəzinin rəhbərliyi, onu 5 ildir pulsuz müalicə edir, yaşadır. Amma artıq şiş beyninə yayılıb”.

Ülviyyə Əliyeva deyib ki, Tünzalə Əliyevanın xarici ölkələrin birində müalicəyə ehtiyacı var:

“Xaricdə müalicə çox bahadır, Tünzalənin buna imkanı yoxdur. Ona görə də evini satışa çıxardıb. Xalqımızın gözəl imkanlı şəxsləri ona dəstək olsa, evi də satılmaz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki