Siyasi ekspert: “Azərbaycan və Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanmalıdır”

image-tural-ismayilovbackend

“Azərbaycan hər zaman vurğulayıb ki, Cənubi Qafqaz regionunda sülhün, sabitliyin əldə edilməsi çox vacibdir və bütövlükdə biz hər zaman Ermənistanla müharibəni əsas variant kimi nəzərdən keçirməmişik. Hətta, 30 il ərzində torpaqlarımızın işağalı dövründə də biz Ermənistana sülhlə bağlı bütün çağırışlarımızı etmişik. Və bundan sonrakı dövrdə də Ermənistana sülhlə bağlı addımlar atmışıq. Sadəcə olaraq, Nikol Paşinyanın müstəqillik elementi olmadığı üçün və xarici güc faktorlarının əlində oyuncaq olduğuna görə Azərbaycanın sülhlə bağlı səmimi çağırışlarını çox məasız bir formada sabotaj edib”.

Bu fikri Busaat.az-a siyasi ekspert Tural İsmayılov Azərbaycan – Ermənistan münasibətləri ilə bağlı son vəziyyəti şərh edərkən bildirib.

T. İsmayılovun fikrincə, Cənab Prezident İlham Əliyevin açıqlamaları Azərbaycanın Ermənistanla sülh və sabitliyini bir daha nümayiş etdirmiş oldu. Azərbaycan yalnız sözdə deyil, əməldə də Ermənistanla sülh prosesində maraqlıdır və bu prossesin ən qısa və rahat bir formada həyata keçirilməsi üçün əlindən gələn bütün imkanları da nümayiş etdirməyə hazırdır.

“Mən hesab edirəm ki, bütövlükdə Cənubi Qafqaz regionunda bütün gərginliyin aradan qalxması üçün Azərbaycan və Ermənistan arasında mütləq şəkildə sülh müqaviləsi imzalanmalıdır”, – siyasi ekspert vurğulayıb .

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki